Erməni hakerlərin saytlarımıza hücumu başladı

ermeni-hakerlerin-saytlarimiza-hucumu-basladi
Oxunma sayı: 1604


“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Axar.az”a "İmage"nin saytlar üzrə koordinatoru Sədaqət Nəcəfzadə deyib. 

O, əsas hücumların milli-mənəvi dəyərləri və dövlət dilini təbliğ edən saytlara yönəldiyini bildirib. Sədaqət Nəcəfzadə hazırda saytlarda bununla bağlı mühafizə işlərinin görüldüyünü deyib: “Hazırda saytların qorunması üçün “back-up” edilir. Bir saata yaxın müddətdə saytların bağlanılmasını planlaşdırırıq".

Qeyd edək ki, bir müddət öncə erməni hakkerləri sözügedən saytlara hücum etmişdilər. Onlar Azərbaycan Dil Qurumunun "Adq.az" saytını dağıdaraq yerində erməni bayraqları yerləşdirmişdilər. 

Hücum nəticəsində “Miras.az”, “Archaeotourism.az”, “Sehidyehyashirvani.az” və Azərbaycan turizminin təbliği ilə məşğul olan daha üç saytın bütün bazası məhv edilmişdi. Hazırda həmin saytlar artıq bərpa edilib.