Erməni hərbçi əsir Bakıdan Paşinyana müraciət etdi

ermeni-herbci-esir-bakidan-pasinyana-muraciet-etdi
Oxunma sayı: 5356

26 dekabr 2014-cü ildə Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi, 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviç Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana müraciət ünvanlayıb.

“Qafqazinfo” Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbər verir ki, Arsen Baqdasaryan özünün yazdığı, əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad olunması ilə bağlı müraciətinin ictimaiyyətə açıqlanmasını Dövlət Komissiyasından xahiş edib.