Erməni hərbçilər Azərbaycan torpaqlarını yandırdı

ermeni-herbciler-azerbaycan-torpaqlarini-yandirdi
Oxunma sayı: 1337

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, yanğın Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində müşahidə olunur.

Erməni hərbiçilərinin Qərvənd kəndi ərazisində törətdiyi yanğın neytral ərazilərə yayılıb.

Hazırda yanğın təmas xəttinə yaxın Mirəşelli, Çıraxlı, Əhmədağalı kəndlərindən aydın görünür.