Erməni hərbçilər qəzaya düşüb, yaralılar var

ermeni-herbciler-qezaya-dusub-yaralilar-var
Oxunma sayı: 638

Bir neçə gün əvvəl, axşam saatlarında Tonaşen-Madaqiz marşrutu üzrə hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus “Ural” markalı yük avtomobili dağ yolunda aşıb. 

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində üç əsgər müxtəlif dərəcəli bədəb xəsarəti alıb. Hərbçilər Ağdərə hospitalına yerləşdiriliblər.

Digər hadisə isə Ermənistan ərazisində, Cermuk avtomobil yolunda baş verib. Şəxsi avtomobili ilə Yexeknadzordan Vayk istiqamətində hərəkət edən müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Mkrtıç Qaramyan yol-nəqliyyat hadisəsi törədib. Ağır bədən xəsarəti alan M.Qaramyan tibb müəssisəsinə çatdırılıb.