Yəqin ki, bu mahnını eşitmiş olarsınız. Bu mahnı bu il erməninin “partlatdığı” hitidir ki, hələ də milli el şənliklərimizin diskoteka mərhələsində sevilə-sevilə bir ağızdan oxunulur və oynalınır. Əvvəllər orda-burda sıx-sıx eşitsəmdə, bu mahnının ifaçısının kim oxuduğunu tam bilmirdim. Bəli, bu çox azərbaycanlının səsinə, ifasına vurulduğu bəxtəvər ermənidir. O, həqiqətən də “arzu”suna çatmış biridir ki, bizim gənclərimizi aylardır yerində dingildədir. Qulaqçıqda(mobil telefonda) musiqi dinləmək dəbi ilə dolaşan cavanlarımız heç ifaçının doğru-dürüst adını da bilmirlər. Hətta sosial şəbəkələrdə ayıq olanının “erməniyə niyə qulaq asırsan ?” qınağına cavab olaraq “musiqinin sərhədi yoxdur”, “bunu erməni oxumur, Avraam Russo oxuyur” bəraətləri gətirilir.
Əgər lap siz deyəndirsə, Avraam Russo kimdir? 43 üç yaşlı Avraam Russo Suriyada doğulmuş, erməni əsilli şəxsdir. Baxmayaraq ki, onun avtobioqrafiyasında yunan əsilli, yaxud yəhudi olması da qeyd olunur. Əsas odur, Russo özünü erməni qanından hesab edir, nəticədə rəsmi şəkildə Ermənistan vətəndaşlığı da var. Avraam 14 dildə oxuyub yaratsa da, 7 dildə tam danışır. Və həmin dillər arasıında erməni və türk dilləri də yer alır. Ən vacib məqam odur ki, Avraama şöhrət qazandıran, yol açan hərdən həmyerlimiz(Göyçayda doğulsa da, milliyətcə yəhudidir) hesab etdiyimiz “AST” Telman İsmayılov olub. Azərbaycandan başqa dünyada hamının qarnını, cibini dolduran bu şəxs Avraamı da kəşf edib. Sözüm ondadır, Avraam Russonun əsil adı Aprahem İpdjiandır, yəni əsil soyadına görə ermənidir. Onun musiqiçi, müğənni kimi qabiliyyətinə sözüm yoxdur. Amma əzizlərim, bu mahnını doğrudan da, Saro Vardanyan adlı erməni oxuyur. Mahnının yaradıcısının özü olduğunu desə də, onun hardansa erməni məharəti ilə oğurlandığını təxmin etmək olar. Bir də Avraam Russonun rəsmi saytını ziyarət edib onun musiqi disklərində bu parçaya rast gələ bilməzsiniz. A.Russo rus dilində daha peşəkarcasına musiqi ifa edir, akçent dediyimiz vəziyyəti onun ifasında nadir halda hiss etmək olar. Bu səbəbdən internet şəbəkələrdə A. Russo adıyla erməninin ifasını reklam etməyin. Şəxsən mən bu reklamları görəndə təəssüf edirəm. Hələ azərbaycanlı məclislərində, gənclərin yığıncağında sevə-sevə “super oxuyur” iltifatını demirəm.
Bəzən, millətpərəstlik deyilən hiss də gərəkdir, bu hiss ilə kiməsə divan tutmaq yox, ən azı konkret düşmən hesab etdiklərimizə qarşı daha diqqətli olmalıyıq. Vaxtıylə erməni tərəfindən ailəsi yox edilmiş məcburi köçkün gəncin Saronun boyuna, mahnısına sevinməyi nə dərəcədə ədalətlidir? Ola bilər, deyəni olar ki, “hərənin öz işidir, özü bilər”. Bəs biz niyə azərbaycanlı olmaq istəyirik və ya özümüzü “canlı” hesab edirik?
Əslində hələ də ermənilərlə yaşadığımız ölkədə bu məsələni qabartmağım nə dərəcədə yerinə düşür bilmirəm. Yüksək postlardan tutmuş aşağılara qədər “əməkdar” erməni “bacı”, “qardaş”larımızla üz-üzə dayanmışıq. Olmaya Saro Vardanyanı onlar sevdirib bizimkilərə?
Əsas məsələ odur ki, rəsmi statistikaya görə, yaşayanlar bir tərəfə, 30 erməni ölkədə bizim vətəndaşlığımızı almaq uğrunda sıraya dayanıb. Hətta baş pasport qeydiyatı üzrə milli məmurlarımız bu məsələni qanun çərçivəsində həll etməyə çalışırlar. Sizə uğurlar.
Sözüm o kəslərədir ki, belələri bu gün ali dərəcəli vəzifə gəzdirib, kompyuterinin monitoruna erməni əxlaqsızlığının simvolu olan Kim Kardaşyanın şəklini saldırıb. Bu qadın okeanın o tayında olsa belə, həmişə erməninin halına yanıb, onların böhtanlarını dəstəklyib. Əxlaqsızlıqla ad-san qazanan erməni balasının fiquruna vurulan bizimkindən çox şey gözləmək olar. Saro Vardanyanın ifasıyla atılıb-düşməyi, mahnının sözlərini zümzümə etməyi də gözləmək olar. Tək bir şeyi gözləmək olmaz. Vətəndaşlığı və xalqpərəstliyı. Yazıqlar olsun sizə..