Erməni məmurdan şok açıqlama

ermeni-memurdan-sok-aciqlama
Oxunma sayı: 650

Eyni zamanda Şavarş Koçaryana məsləhət görürük ki, Rusiya mənbələrinə müraciət etsin. Bu ölkə həmişə xristian Ermənistana dəstək olub, bu yenə də davam edir. Tanınmış diplomat və şair Qriboyedov və populyar tarixçi Veliçko düzgün və aydın şəkildə əsas şəhəri Xankəndi olan Qarabağın kimə məxsus olduğunu başa salırlar. Razılaşın ki, erməni dilində Xankəndi adı yoxdur.

Nazir müavini yenə də Ermənistanın minillik tarixindən danışıb. Qeyd edək ki, bir qədər öncə o, ölkəsinin yaşının 3000 olduğunu demişdi. Amma bu gün orada yaşayan insanların xoşbəxtliyi nə ölkənin yaşı, nə də qədimliyi ilə müəyyənləşdirilir.

ABŞ iki, bəlkə də dörd dəfə Ermənistandan gəncdir. Amma amerikalılar sizin ölkəyə qaçmırlar. Yerli camaat isə "çiçəklənən Ermənistan"ın əzab-əziyyətinə dözməyərək, qorxudan üyüdüb təkcə Amerika yox, eləcə də başqa ölkələrə qaçırlar. Erməni mətbuatının məlumatına görə, ölkənizin əhalisi ilbəil azalır.

Azərbaycan dövlət bayrağına gəlincə isə inanın ki, o təkcə Dağlıq Qarabağda deyil, sizin zəbt etdiyiniz digər torpaqlarda da dağlalanacaq. Siz bunu istəsəniz də, istəməsəniz də...

Zaman hər şeyi göstərəcək. Siyasətçilərinizin Arsax adlı yaratdıqları oyuncaq dövlət tezliklə sabun qovuğu kimi partlayacaq./anspress/