Erməni mətbuatı da Foqtsun aftafasından yazdı

ermeni-metbuati-da-foqtsun-aftafasindan-yazdi
Oxunma sayı: 6419

“Qafqazinfo”nun məlumatına görə, Ermənistanın “Sportinfo” agentiliyi yazır ki, aftafanı Foqtsa konkret iki jurnalist təqdim edib. Guya üçüncü həmkarımız baş məşqçiyə tualet kağızını tullayıb. Maraqlıdır ki, xəbərdə aftafa yuyunmaq üçün dolça kimi təqdim olunub.

“Tayms” informasiya agentliyi isə gülməli iddialar yazıb. Agentlik insident haqda məlumatda Foqtsa sıravi azarkeşlərin hücum etdiyini yazmaqla yanlışlığa yol verməsi bir yana, ümumiyyətlə, Azərbaycanda fanatların stadionlara silahla getdiyini bildirib.