Erməni milyarder azad edildi

ermeni-milyarder-azad-edildi
Oxunma sayı: 855


“Qafqazinfo” anspess-ə istinadən xəbər verir ki, məhkəmə onun həbsini ev dustaqlığı ilə əvəz edib. 

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Ayrapetyan iyulun 15-də Monakodan Moskvaya gələrkən “Domodedovo” hava limanında saxlayıb.

Qeyd edək ki, Ayrapetyana qarşı əməliyyat cinayətkar qruplaşmalardan birinin fəaliyyəti ilə bağlı istintaq çərçivəsində həyata keçirilib. Erməni milyarderin bu cinayətkar qruplaşmaya bağlılığı haqda sabiq senator İqor İzmestyev istintaqa ifadəsində bildirmişdi.

Levon Ayrapetyan dünyanın ən varlı ermənilərindən sayılır. O, qondarma erməni soyqırımının dünya miqyasında tanınması üçün milyonlar ayırıb.