Erməni müğənni təhlükəsizliyinə təminat istəyir

ermeni-mugenni-tehlukesizliyine-teminat-isteyir
Oxunma sayı: 707

ANN.Az-ın “newsarmenia.ru”-ya istinadən verdiyi xəbərə görə, Siruşo bu mövzuya təmkinli yanaşmağın lazım olduğunu bildirib.

“Zənnimcə, biz nə qədər bu məsələyə təmkinlə yanaşsaq, bir o qədər də hər şey öz sakit axarı ilə gedər. Bunu siyasiləşdirməyi heç özüm də istəmirəm”, – Siruşo cümə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, erməni iştirakçısının təhlükəsizliyi təmin ediləcəyi təqdirdə Ermənistan müsabiqədə mütləq iştirak edəcək. “Niyə də yox?” – Siruşo deyib.

Qeyd edək ki, müsabiqənin Beynəlxalq Təşkilat Komitəsi Bakıya gələn bütün ölkələrin iştirakçılarının təhlükəsizliyinin təmin ediləcəyi haqda məlumat yayıb. Azərbaycan höküməti də öz növbəsində Avropa Yayım Birliyinə (AYB) “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı təminat məktubunu təqdim edib.

“Eurovision” mahnı müsabiqəsinin Ermənistan nümayəndəliyinin rəhbəri Qoar Qasparyan Ermənistanın bu müsabiqədə iştirakının yalnız Avropa və Azərbaycanın birgə təhlükəsizlik təminatı verəcəyi halda mümkün olacağını bəyan etmişdi.