Erməni mühasirəsində qalan laçınlıların dəhşətli anları

ermeni-muhasiresinde-qalan-lacinlilarin-dehsetli-anlari
Oxunma sayı: 644

Ekran əsərində Əli Əliyev və onun ailəsinin məruz qaldığı müsibətlər olduğu kimi əks olunub. Filmdə 19 nəfər arasında yeganə qadın- Nübar Rzayevanın mühasirə zamanı üzləşdiyi dəhşətli anlardan bəhs edən fikirləri yer alıb. Bir ailənin timsalında millətin yaşadığı ağlasığmaz hadisələr, torpaqların itkisi ilə bərabər insanların aldığı psixoloji zərbələr də filmdə yer alan əsas məqamlardır. Azərbaycan dilində çəkilən sənədli film yaxın zamanlarda bir çox dillərdə tərcümə olunacaq.

“54 gün mühasirədə” sənədli filminin ssenari müəllifi və direktoru telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir. Film millət vəkili Nazim Fərəcovun təşəbbüsü ilə çəkilib.

Filmin təqdimatı dekabrın 6-sı, saat 15:00-da Park Bulvar-da olacaq.