Erməni müxalifəti Azadlıq meydanında - Video

ermeni-muxalifeti-azadliq-meydaninda-video
Oxunma sayı: 668

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, “İrs” partiyasının lideri Raffi Ovannisyanın təşkil etdiyi aksiyanın iştirakçıları ölkədə keçirilən prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edir. Ovannisyan bəyan edib ki, prezident Serj Sarkisyan deyil, o seçilib.

Qeyd edək ki, müxalifət lideri dünən hər kəsi Azadlıq meydanına səsləmişdi. O, aksiya keçirilənə qədər Sarkisyanı danışıqlar aparmağa dəvət etmişdi.