Erməni nazir Azərbaycanı təhdid etdi- - "Zorla alacağıq.."

ermeni-nazir-azerbaycani-tehdid-etdi-
Oxunma sayı: 6994


Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycan əsirliyində ölən erməni diversant Karen Petrosyanın meyidindən danışıb. 

"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, Ermənistan müdafiə naziri Beynəlxalq Qızıl Xaç Komitəsilə ilə meyidin qaytarılmasına dair əməkdaşlıq etdiklərini açıqlayıb. O bildirib ki, meyiti ya dəyişəcəklər, ya da zorla alacaqlar. 

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.