Erməni nazirin bahalı maşını qalmaqal yaratdı

ermeni-nazirin-bahali-masini-qalmaqal-yaratdi
Oxunma sayı: 693

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, XİN büdcəsinin icrası zamanı “Erməni Milli Konqresi”nin üzvü olan Nikol Paşayan məsələ ilə bağlı Nalbandyanın müavini şavarş Koçaryana müraciət edib. O, xarici işlər nazirinin bu vəzifədə indiyə qədər çalışanlar arasında ən bahalı avtomobil sürdüyünü bildirib. “Sizə elə gəlmir ki, nazir bir qədər təvazökar olmalıdır” sualını cavabladıran Koçaryan bildirib ki, həmin avtomobil nazirə hədiyyə olunub: “Hədiyyə Almaniyadan göndərilib, büdcə vəsaiti hesabına alınmayıb”.

Nazir müavini həmin şəxsin alman olduğunu, lakin adını xatırlamadığını əlavə edib.

Nikol Paşinyan daha sonra Nalbandyanın avtomobilinin Mersedes- Benz S-Class və dəyərinin 150-300 min avro olduğunu açıqlayıb.