“Erməni öldürmək Azərbaycanda cinayət deyil” - Prezident

ermeni-oldurmek-azerbaycanda-cinayet-deyil-prezident
Oxunma sayı: 657

Çərşənbə günü keçmiş sövet ölkələrinin 6 rəhbərindən bir kimi tədbirə qatılan Ermənistan prezidenti əlinə düşən fürsətdən yararlanmağa çalışıb: “Azərbaycanda yeni nəsillər (ermənilərə qarşı) nifrət və dözümsüzlük atmosferində böyüdülür. Qorxudan balta ilə adam öldürən şəxsin Macarıstandan gələn kimi ilahiləşdiriməsi mənim sözlərimin həqiqiliyin təsdiq edir. Bu faktdır ki, erməni öldürmək Azərbaycanda cinayət hesab olunmur.“

Erməni saytı xatırladır ki,Ramil Səfərov 2004-cü ildə NATO-nun dəstəyi ilə Macarıstanda təhsil alarkən erməni zabitini yatdığı yerdə baltalayıb. Elə buna görə də Budapeşt məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib. Bu ilin 31 avqustunda isə o, cəzasının qalan hissəsini çəkmək üçün Bakiya göndərilib və dərhal əfv olunub.
Göründüyü kimi Ermənistan Ramil Səfərovdan əl çəkmək fikrində deyil. Hər fürsətdə də bu məsələdən təbliğat vasitəsi kimi yararlanmağa çalışır.
Musavat.com