Erməni “Pole çudes”də “Can Qarabağ” oxudu - Video

Erməni “Pole çudes”də “Can Qarabağ” oxudu
Oxunma sayı: 5609

Rusiyanın tanınmış “Pole çudes” şousunda erməni iştirakçı efirdə “Can Qarabağ” mahnısını səsləndirib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, aparıcı Leonid Yakuboviçdən mahnı oxumaq üçün izin istəyib və öz ansamblı ilə birgə səhnədə Qarabağla bağlı mahnını səsləndirib.

Ən maraqlısı isə odur ki, proqramın sponsorlarından biri də Azərbaycan markası olan “Azərçay”dır. Verilişin həmin buraxılışında da bir neçə dəfə “Azərçay”ın reklamı gedib. 

Qeyd edək ki,  “Azərçay”ın sponsorluğu ilə məşhur aparıcı Azərbaycanda səfərdə olub, “Qarabağ”ın oyununda iştirak edib. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi