Erməni publisistin Əliyev haqda yazısı qalmaqal yaratdı

Erməni publisistin Əliyev haqda yazısı qalmaqal yaratdı
Oxunma sayı: 2549

Ermənistanın populyar saytlarından olan “Blognews” saytı erməni publisist Armen Hovanesyanın Feysbuk səhifəsindən Azərbaycan prezidenti İlham Əliyev haqqında paylaşdığı yazıda erməni həmkarlarına etdiyi müraciəti dərc edib. 

“Qafqazinfo” xəbər verir ki, müraciətdə Ermənistan rəhbərliyinə xitabən deyilir ki, İlham Əliyevə istehza ilə rəsmi və siyasi şərhlər səviyyəsində söylədiklərinizi, onun başladığı layihələrə inamsız münasibətlərinizi yəqin ki, xatırlayırsınız: “Axır ki, sizin fikirləşdiyinizin əksinə olaraq 1768 km-lik Bakı-Tbilisi-Ceyhan neft kəməri başa çatdı. 900 km-lik Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verildi. Bu günlərdə Rusiyadan Astara ilə İrana ilk eksperiment qatarı yola düşdü. Hələ bu yol Orta Asiya ilə, Çinlə, şimaldan isə Avropa ilə birləşəcək. Biz isə 556 km-lik Meğri-Bavra avtomobil yolunu neçə illərdir ki, düzəldib başa çatdıra bilmirik.

Düşünürsünüz ki, demoqrafik  təsvirləriniz çiçəklənməkdədir? Bəs bunun üçün əsasınız varmı? Ermənistanda 2016-cı ildə 40638 uşaq dünyaya gəlib. 2017-ci ildə isə bu rəqəm azalaraq 37698 olub. Praqnozlara istinadən 2025-ci ildə Ermənistanda ölənlərin sayı doğulanların sayından çox olacaq. Qarabağda doğulanların sayı daha acınacaqlıdır, ildə 1500-ü keçmir.

Azərbaycanın göstəriciləri ilə tənbəllik etmədən özünüz tanış olun və Ermənistanla müqayisə edin. Sonra isə, xəyal etdiyiniz yeni Kür-Araz sərhədlərinin xəttini çəkin. Sonsuz təxəyyül sahibləri qoy bu sərhədləri Aralıq, Qara və Xəzər dənizlərinəinə qədər çatdırsınlar”.

Qeyd edək ki, saytda artıq Azərbaycan vətəndaşları üçün şərh yazmağa qadağa qoyulub. Armen Hovanesyanın FB səhifəsində isə onun yazısını bəyənənlərin sayı 200-dən artıqdır. Yazını paylaşanlar 47 nəfər, şərhlərində müsbət rəylərini bildirənlərin sayı isə 30  nəfərdir.

Saytın linki: http://bit.ly/2EZbVbD
Armen Hovanesyanın FB linki: http://bit.ly/2EpBWnq
  
İsmayıl Tanrıverdi: BDU-nun Erməni araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin rəhbəri
  
 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi