Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi - Video

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi
Oxunma sayı: 5559

Rusiyanın Pyatiqorsk şəhərində keçirilən "Maşuk-2019" Beynəlxalq Gənclər Forumunda azərbaycanlı gənc Sabir Rüstəmov ermənilərin, xüsusilə, erməni qadınların hücumuna məruz qalıb. Onlar Sabirin əynində Azərbaycan yazılmış köynəyə əl atıb, onu cırıblar. 

“Qafqazinfo”nun məlumatına görə, Sabir Rüstəmov açıqlamasında deyib ki, provokasiya xarakterli çıxışlar edən Ermənistanın Rusiyadakı səfiri Vardan Surenoviç olub:

“Pyatiqorskda gənclərin forumu keçirilib. Forumda 3 minə yaxın gənc iştirak edib. Həmin gənclər arasında, həm azərbaycanlılar, həm ruslar, həm də ermənilər olub. Tədbirə Ermənistanın Rusiyadakı səfiri də dəvət edilmişdi. Sadəcə təşkilatçılar erməni səfirə öncədən özünü necə aparması barədə heç bir söz deməmişdilər. Səfir də danışmağa başlayan zaman provokasiyaya yol verdi: “Qarabağ Ermənistanındır. Azərbaycanlılar orada heç vaxt yaşamayıblar. Azərbaycanlılar heç zaman Qarabağda yaşamayacaq”. 

Erməni səfirin dediklərindən sonra  vəziyyət qızışdı”. 

Sabir Rüstəmovun sözlərinə görə, onun köynəyinin ön hissəsində Azərbaycan gerbi, arxa hissəsində isə Azərbaycan sözü yazılmış şəkil olub:

“Səfir danışdıqca, onun yalanlarına cavab vermək istəyirdim, ancaq onun adamları imkan vermirdilər. Səfir Vardan Surenoviç isə daha da irəli gedərək çıxışını davam etdirirdi. Qarabağın heç zaman Azərbaycana məxsus olmadığını deyirdi. Bir sözlə, 3 minə yaxın insana saxta məlumatlar verirdi. Bu zaman dözməyib mikrofonsuz Qarabağ haqqında danışdım. Ermənilərin yalançı olduqlarını dedim. Bunu eşidən erməni diplomat qadınları üzərimə gəlib köynəyimi cırdılar. Bu gün Azərbaycana gəlməliyəm. Hələ də həyatım üçün təhlükə var”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi