Erməni səfir cərrahiyə stolunda öldü

ermeni-sefir-cerrahiye-stolunda-oldu
Oxunma sayı: 643

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 57 yaşlı səfir bu gün ABŞ-ın Los-Anceles şəhərində cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Karine Kazinyan 1955-ci ilin yanvarın 8-də Yerevanda anadan olub. 1977 – 1981 –ci illərdə SSRİ-nin Mozambik, 1983 – 1988- ci illərdə isə Portuqaliya səfirliklərində, daha sonralar Ermənistanın Rumıniya və Almaniyadakı səfiri vəzifəsində çalışıb.

Kazinyan 2009-2011-ci illərdə Ermənistanın xarici işlər nazirinin müavini olub, bundan sonra isə bu ölkənin Böyük Britaniyadakı və Şimali İrlandiyadakı səfiri vəzifəsinə təyin edilib.