“Erməni Soyqırımı Var Deyənlər Cəzalandırılsın” kampaniyası dəstəkləndi

ermeni-soyqirimi-var-deyenler-cezalandirilsin-kampaniyasi-desteklendi-
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Türk Dünyası Tələbələr Dərnəyi” başqanı Ahmet Sağlam bildirib.

“Biz belə bir kampaniyanın aparılmasını dəstəkləyirik və dərnəyimizin fəalları bu kampaniyada fəal iştirak edəcəklər. Son yüz ildə soyqırıma məruz qalan və yurdları dağılan milyonlarla türk olub. Ermənilər Fransa kimi dövlətlərin dəstəyilə bu siyasəti həyata keçiriblər. Hesab edirik ki, bu gün Fransa erməni soyqırımından kart kimi istifadə edir.
1992-ci ildə Qarabağın qədim diyarı olan Xocalıda yaşanılanlar yaddan çıxmamalıdır və Qarabağda əsl insanlıq faciəsinə baş verməsinə dünya ictimaiyyətinin bunu görməməzliyə vurması, gələcəkdə belə hadisələrin baş verməsinə stimul ola bilər”,-deyə dərnək sədri qeyd edib.

Xatırladaq ki, bu günlərdə Dünya Azərbaycanlıları Konqresi İdarə heyətinin üzvü, iqtisad elmlər doktoru Asif Qurbanov tərəfindən Fransa parlamentinin erməni soyqırımı ilə bağlı qəbul etdiyi addıma qarşı belə bir kampaniya start verilib. Artıq minlərlə insan kampaniya üzv imzasını atıb.

http://www.ermeni-soykirimi-var-diyen-cezalansin.org/v2/indexx.php

Elnur Eltürk