Erməni sürücü Rusiyada müştərilərini zəhərləyərək öldürüb - 100 qurban

Erməni sürücü Rusiyada müştərilərini zəhərləyərək öldürüb
Oxunma sayı: 1404

Rusiyada müştərilərini zəhərləməkdə ittiham edilən erməni taksi sürücüsü saxlanılıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, 29 yaşlı Vaaqn Karapetyan Simferopol yaxınlığında tutulub. O, 100 nəfərin ölümündə günahkar ola bilər.

Belə ki,Karapetyan müştərilərinə içərisinə klofelin adlanan psixotrop maddə qatdığı su təklif edib, onlar huşunu itirəndən sonra isə əşyalarını oğurlayıb. Məlumata görə, sürücünün evində axtarış aparılıb və oradan 20 mobil telefon, 190 güclü təsirli psixotrop həb və 98 qol saatı götürülüb. Artıq Vaaqan Karapetyan barəsində qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə irəli sürülüb.

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi