Erməni və Azərbaycan icması görüşə bilər

ermeni-ve-azerbaycan-icmasi-goruse-biler
Oxunma sayı: 658

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib ki, Assambleyada Dağlıq Qarabağa dair keçirilən dinləmələrdə icmalar arasında görüşün təşkili təklifi ilə çıxış edib. O, çıxışında qeyd edib ki, ATƏT PA bu dinləmələrlə kifayətlənməməli, erməni və azərbaycanlı icmalarının görüşünün keçirilməsinə nail olmalıdır. Bildirib ki, icmaların görüşü münaqişənin həllində, etimadın qazanılmasında mühüm addım olar. Vitse-spiker çıxışının yüksək səviyyədə qarşılandığını da qeyd edib.

B. Muradova deyib ki, ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş ya noyabrda, ya da yanvarda regiona səfər edəcək. Xüsusi nümayəndənin səfəri zamanı azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsi barədə danışıqlar aparılacaq.
Muradova hesab edir ki, azərbaycanlı və erməni icmaları arasında görüş Bakıda keçirilməlidir. Çünki hər iki tərəfin nümayəndələri Azərbaycan vətəndaşıdır: “Görüşün Bakıda keçirilməsi barədə razılığa gəlinməzsə, neytral yerdə - Vyanada keçirilə bilər. Görüşdə icmalar arasında qarşılıqlı etimad, birgəyaşayış, təhlükəsizliklə bağlı məsələlər müzakirə edilə bilər”.