Erməni xalq artisti azərbaycanlı qadın rolunda- - Video

ermeni-xalq-artisti-azerbaycanli-qadin-rolunda-
Oxunma sayı: 3342

 

“Qafqazinfo” Modern.az - istinadən xəbər verir ki, bu barədə kinofestivalın təşkilat komitəsindən məlum olub. 

“Yarımçıq qalmış uşaqlıq” adlanan filmin ssenarisinin əsasında Marağa kəndində azərbaycanlılara əsir düşmüş 6 yaşlı erməni qızı Lena ilə oğlu cəbhədə itkin düşmüş azərbaycanlı Fatma adlı qadının münasibətləri dayanır. Qadın kiçik qızı oğlu ilə dəyişəcəyinə ümid edir. 129 gün onlar birlikdə yaşayır və bu müddət ərzində bir-birinə yaxın olurlar.

Təsvir olunan hadisələr 1992-ci ildə baş verir. Filmin rejissoru Civan Avetisyan artıq Xankəndində filmin premyerasını keçirib.

Film “Martik” fondunun dəstəyi ilə çəkilib. Filmin ssenari müəlifi, dramaturq Karine Hodikyan, produseri isə Dağlıq Qarabağdakı qondarma rejimin “baş nazirinin müavini” Artur Aqabekyandır. Azyaşlı qızı yerli məktəbli Mariya Qaragülyan, azərbaycanlı qadını isə Ermənistanın xalq artisti Qreta Məclumyan oynayıb. Filmin xronometrajı 45 dəqiqə, 45 saniyədir.