Erməni yazıçının adına küçə verilməsinə razılıq verilmədi- - Türkiyədə

ermeni-yazicinin-adina-kuce-verilmesine-raziliq-verilmedi-
Oxunma sayı: 702


“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, bunu Londondakı “Komitas” İnstitutunun direktoru Ara Sarafyan bəyan edib. İstanbulda nəşr olunan “Akos” qəzetinin xəbərinə görə, Ara Sarafyan qeyd edib ki, Bitlisin qubernatoru Saroyanın bu vilayətə heç bir aidiyyətinin olmadığını iddia edir.

Onun sözlərinə görə, bu faktı ona Bitlisin meri verib. Mer Nevin Daşdəmir Daxkırın isə qeyd edib ki, o, Sarafyana belə bir söz deməyib, qubernator isə küçəyə ad verilməsi ilə bağlı heç bir narazılığını ifadə etməyib. Merin sözlərinə görə, Saroyanın adının küçəyə verilməsi üçün kürdlərin “Sülh və demokratiya” partiyasının üzvlərindən əlavə, hakim partiyanın da üzvlərinin səsi vacibdir.