Erməni zabiti restoranı partlamaq istədi

ermeni-zabiti-restorani-partlamaq-istedi
Oxunma sayı: 639

“Qafqazinfo”nun anspress-ə istinadən verdiyi xəbərə görə, adı hələlik açıqlanmayan podpolkovnik polis əməkdaşları ilə 3 saatlıq danışıqlardan sonra fikrindən daşınıb. Hadisə yerinə gələn Ermənistan Fövqəladə Nazirliyinin mütəxəssisləri orada şübhəli çanta aşkar ediblər. Çantada 2 qumbara, avtomat güllələri və partlayıcı maddə olub.

Məlumat üçün bildirək ki, erməni zabitinin partlatmaq istədiyi restoran kompleksində iyunun 17-də İrəvan hərbi hospitalının həkimi Vaqe Avetyan və onun iki həmkarı ölümcül döyülmüşdü. Təsdiqini tapmamış məlumatlara görə, onları “Arsnakar” restoran kompleksinin məxsus olduğu Ermənistan Futbol Federasiyasının prezidenti, deputat Ruben Ayrapetyanın adamları döymüşdü. V.Avetyan kəllə-beyin travması ilə xəstaxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.