Ermənilər atəşkəsi pozdu

ermeniler-ateskesi-pozdu
Oxunma sayı: 641

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 2-də saat 20.20-dən 20.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 3-də saat 03.30-dan 03.50-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.40-dan 03.50-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.


Fatimə Kərimli