Ermənilər azaraq sərhədi keçən Elvinin - Fotolarını yaydılar

Ermənilər azaraq sərhədi keçən Elvinin
Oxunma sayı: 7596

Martın 15-dən 16-na keçən gecə yolu azaraq Ermənistan tərəfinə keçən Qazax rayonu, Yuxarı Salahlı kənd sakini İbrahimov Elvin Arif oğlunun görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, ruhi xəstə olan Elvinin fotolarını Ermənistan mətbuatı yayıb. Fotolar ombudsman Arman Tatoyanın E.İbrahimovu ziyarəti zamanı çəkilib. 

Görüş zamanı İbrahimov ailəsi ilə görüşmək istədiyini deyib. Ermənistanın Mili Təhlükəsizlik Xidməti onun ailəsi ilə telefon, məktub və ya video əlaqə yolu ilə ünsiyyət saxlaya biləcəyini bildirib. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi