Ermənilər Azərbaycan ordusunun hücumu haqda məlumat yaydı

ermeniler-azerbaycan-ordusunun-hucumu-haqda-melumat-yaydi
Oxunma sayı: 3063


“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, “Dağlıq Qarabağ müdafiə ordusu” Azərbaycan silahlı qüvvələrinin “növbəti diversiya həmləsinin qarşısının alındığını” iddia edir.

Düşmən tərəf bildirir ki, “Azərbaycan ordusunun diversiya qrupu” vaxtında aşkar edilib və cavab addımı atılıb. Diversiya qrupu geri çəkilərkən minaya düşüb. Atışma zamanı erməni tərəfi də itki verib.