“Ermənilər Azərbaycanın adının çıxarılmasını tələb etsələr də...”

ermeniler-azerbaycanin-adinin-cixarilmasini-teleb-etseler-de
Oxunma sayı: 1640

“İlk dəfə olaraq, ATƏT PA-nın qəbul etdiyi sənəddə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova ərazilərindəki konfliktlərə eyni prizmadan yanaşmaq məsələsi qəbul edildi. Yəni, Azərbaycanın da adı siyahıya daxil edildi”  

“Qafqazinfo” xəbər verir ki, bunu parlamentin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın Lüksemburqda keçirilən sessiyası barədə deputatlara məlumat verərkən deyib. 

O, qeyd edib ki, hesabat məruzəsində yeddi rayonun adları da sadalanıb: “Bu məsələ cidid polemikalara səbəb oldu. Ermənilər Azərbaycan adının sənəddən çıxarılmasını parlamentarilərdən tələb etdi. Parlamentarilər 47 səslə Azərbaycanın mövqeyini müdafiə etdi, 7 səs isə ermənilərin lehinə verildi.

ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin tozunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovada konfliktləri hərtərəfli və dayanıqlı, sülh əldə etmək məqsədilə konkret nəticələrə yönəlik müzakirə və danışıqları akitvləşdirməyi tövsiyə edir".

Günel Türksoy