Ermənilər azərbaycanlı əsirlə vəhşi kimi davranır- - Yenilənib+Video

ermeniler-azerbaycanli-esirle-vehsi-kimi-davranir-
Oxunma sayı: 14333


Azərbaycan Müdafiə Nazirliyi öncə erməni KİV-nin verdiyi bütün məlumatları təkzib etmişdi.

Ermənistan tərəfi bu gün günorta saatlarında erməni silahlı qüvvələrinin daha bir “azərbaycanlı təxribatçı”nı tərk-silah etdiyini iddia edib.

“Qafqazinfo”nun məlumatına görə, oxu.az Armlur.am-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri Azərbaycandan Kəlbəcər ərazisinə keçmiş təxribatçını silah tətbiq etmədən “saxlayıblar”.

Erməni KİV-in məlumatına görə, onlar Kəlbəcər ərazisinə naməlum məqsədlə daxil olmuş təxribatçını mühasirəyə alaraq, ona silah tətbiq etməyə ehtiyac qalmayacaq qədər yaxınlaşaraq tərk-silah ediblər.

“Beləliklə də bu, hərbçilərin nəzarəti altına aldığı ikinci azərbaycanlıdır. Üçüncü təxribatçı isə Kəlbəcər-Vardanis avtomobil yolunda məhv edilib” - erməni KİV yazır.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcərdə Azərbaycan təxribatçıları barədə verilən bütün erməni KİV-in məlumatlarını təkzib edib. Bəyan edib ki, Quliyev Şahbaz Cəlal oğlu Azərbaycan Milli Ordusunda xidmət edir.

Qeyd edək ki, ermənilərin təqdim etdiyi fotoda  göstərilən kişinin iyul ayında tutulduğu iddia edilsə də, nədənsə o, qış gödəkçəsindədir. Onun yanında duran ermənilər də heç də yay geyimində deyillər.

Aşağıdakı videoda isə ermənilərin azərbaycanlı əsir olduğu iddia edilən şəxslə çox sərt şəkildə davrandıqları görünür. Əslində, ermənilərin azərbaycanlı əsirlə sərt davrandığını təxmin etmək də olar. Lakin onlar bunu kameralar qarşısında da edir...