Ermənilər Bakıdan medalsız döndülər

ermeniler-bakidan-medalsiz-donduler
Oxunma sayı: 660

Azerisport.az xəbər verir ki, düşmən ölkənin son ümidi Andranik Hakobyan da 1/4 final mərhələsində uduzaraq mübarizəni dayandırıb.

75 kq çəki dərəcəsində yarışan boksçunu rumıniyalı Boqdan Juratoni yarışdan kənarlaşdırıb – 21:17. Hakobyan ilk “10-luğ”a düşdüyündən, London olimpiadasına lisenziya qazanıb. Ermənistan boksçularının Bakıdakı dünya çempionatında bundan artıq qazancı olmayıb.

Qeyd edək ki, digər erməni boksçular - Oqanes Danielyan (49 kq), Oqanes Boçkov (56 kq), Vladimir Saruxanyan (60 kq), Qraçik Cavaxyan (64 kq), Samvel Metevosyan (69 kq), Andranik Akopyan (75 kq), Artur Xaçaturyan (81 kq) və Armen Simonyan (+91 kq) daha erkən mərhələlərdə dünya çempionatı ilə vidalaşıblar.