Ermənilər benzini baha alacaq

ermeniler-benzini-baha-alacaq
Oxunma sayı: 666

Qiymət artımı xüsusilə benzində hiss edilir. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, son günlərdə sürücülər benzinin 1 litri üçün 20 dram artıq pul ödəməyə məcbur olublar. Ermənistanda iqtisadi rəqabətin qorunması üzrə komissiya artıq dizel yanacağının bahalaşmasının səbəblərini axtarmağa başlayıb. Komissiya sədrinin müavini Pavl Kaltaxcyanın sözlərinə görə, yanacağının bahalaşmasının 3 səbəbi var: dünyada benzinin qiymətinin artması, dollar və avronun bahalaşması və idxalçılar üçün vergi mexanizminin dəyişdirilməsi.

O, bildirib ki, yanvarla müqayisədə 1 litr benzin markasından asılı olaraq 40 dram bahalaşıb.