Ermənilər bizi atəşə tutub

ermeniler-bizi-atese-tutub
Oxunma sayı: 728

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşmən qüvvələrinin bölmələri iyunun 15-də saat 13.25-dən 13.55-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.30-dan 11.35-dək və iyunun 16-da saat 01.30-dan 01.35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.10-dan 01.25-dək və 01.40-dan 01.55-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.