Ermənilər cəbhə boyu atəşkəsi pozub

ermeniler-cebhe-boyu-ateskesi-pozub
Oxunma sayı: 674

Erməni ordusu ötən gün saat 08.00-dan 08.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 08.47-dən 08.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi, saat 13.20-dən 13.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, avqustun 10-da isə saat 01.45-dən 01.50-dək, 02.05-dən 02.10-dək və 05.38-dən 05.45-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerlələş mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.