“Ermənilər çıxarılmasa, pul ödəməyəcəyik”

ermeniler-cixarilmasa-pul-odemeyeceyik
Oxunma sayı: 645

Azerisport.az saytının məlumatına görə, Zaqatala klubunun Antalyada məskunlaşdığı “Limak Atlantis” otelinə bu gün Ermənistanın “Qandzasar” klubu da təşrif buyurub. Lakin bu, “Simurq” rəhbərliyinin kəskin narazlığına səbəb olub. Zaqatala klubu otel rəhbərliyinə düşmən ölkə təmsilçisinin dərhal oteldən çıxarılmasını tələb edib.

Ermənistan tərəfi isə hələlik baş verənlərlə bağlı heç bir reaksiya vermir. Lakin “Azərisport”un əldə etdiyi məlumata görə, bu cür “qonşuluq” erməniləri də çox sevindirməyib. Düzdür, komanda üzvləri arasında heç bir qalmaqal baş verməyib. Amma bu, istisna da deyil.

“Simurq” rəsmisi isə məsələ ilə bağlı saytımıza açıqlamasında bunları söyləyib: “Başa düşmürük ki, otel rəhbərliyi Azərbaycan və Ermənistan klublarını eyni vaxtda qəbul etməklə nə düşünürmüş. Ya biz burdan gedəcəyik, ya da otel rəhbərliyi erməniləri burdan uzaqlaşdırmalıdır. Özü də biz getməli olsaq, otelə heç bir məbləğ ödəməyəcəyik”.

Artıq “Simurq” rəhbərliyi bunu “Limak Atlantis” rəhbərliyinin də diqqətinə çatdırıb. Lakin türklərin komandamızın bu tələblərinə hansı şəkildə razılıq verəcəyi hələlik bilinmir.