Ermənilər daha bir azərbaycanlını yaraladı

ermeniler-daha-bir-azerbaycanlini-yaraladi
Oxunma sayı: 1058


“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, kənd sakini Əliyev Namiq Nofəl oğlu həyətyanı sahəsində işləyərkən ermənilər tərəfindən vurulub. 

Yaralı Tərtər rayon xəstəxanasına çatdırılıb. İlkin məlumatlara görə, Namiq Əliyev ayağından yaralanıb. 

Qeyd edək ki, Qafanlı kəndi qoşunların təmas xəttinin yaxınlığında yerləşir. Erməni yaraqlıları kəndi mütəmadi olaraq atəş altında saxlayır.