Ermənilər dialoqdan qaçdılar

ermeniler-dialoqdan-qacdilar
Oxunma sayı: 642

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyindən çərşənbə günü Trend-ə bildirblər ki, noyabrın 28-də Berlində "Dialoq Forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü" adlı tədbir keçirilib. Məlumata görə, tədbirə dəvət olunan Dağlıq Qarabağın erməni nümayəndələri dialoqda iştirak üçün razılıq versələr də, tədbirə qatılmaqdan imtina ediblər.

Tədbir Azad Berlin Universitetinin Xəzər Araşdırmaları Mərkəzi, "Avroqafqaz" cəmiyyəti, Alman-Azərbaycan Forumunun təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Azərbaycan tərəfdən Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri, deputatlar Rövşən Rzayev, Rasim Musabəyov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Effektiv Təşəbbüslər Mərkəzinin əməkdaşı Anar Usubov, Şuşa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov iştirak ediblər.

İcmanın nümayəndələri çıxışlarında Dağlıq Qarabağın azərbaycanlı əhalisinin münaqişənin həllindən sonra Azərbaycanın tərkibində erməni əhalisi ilə birgə yaşamağa hazır olduğunu bildiriblər.

Tədbirdə Ermənistandan olan nümayəndələr iştirak ediblər.