Ermənilər dünən gecə də dinc durmadı

ermeniler-dunen-gece-de-dinc-durmadi
Oxunma sayı: 753


“Qafqazinfo” xəbər verir ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulub.

Ermənistan ordusunun bölmələri iyulun 19-da və 20-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar.

Ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.