Ermənilər ekskovatoru atəşə tutdu - Foto

Ermənilər ekskovatoru atəşə tutdu
Oxunma sayı: 1000

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata əsasən, bu gün 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pulemyotundan atəş açılıb, nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi