Ermənilər əsgərimizi yaraladı

ermeniler-esgerimizi-yaraladi
Oxunma sayı: 1300



“Qafqazinfo” AnsPress-ə istinadən xəbər verir ki, hadisə cəbhənin Tərtərin Borsunlu kəndi istiqamətində qeydə alınıb. Erməni gülləsinə tuş gələn 19 yaşlı Amil Rasim oğlu İbrahimovdur. Çiynindən yaralanan əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. 

Qeyd edək ki, A. İbrahimov Şəki rayonundan hərbi xidmətə çağırılıb.