“Ermənilər evlənmədən öncə sekslə məşğul olmazlar” - Kardaşyana

ermeniler-evlenmeden-once-seksle-mesgul-olmazlar-kardasyana
Oxunma sayı: 787

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, televiziya şouları və porno videoları ilə məşhurlaşan Kardaşyan barədə əhalisinin sayı 3 milyon olan Ermənistanda əhalinin nə düşündüyü barədə sualları bu ölkənin tanınan jurnalistləri cavablandırıblar.

2007 və 2011-ci illərdə Ermənistanda BBC müxbiri Armen Şahbazyanın sözlərinə görə, paytaxt İrəvanda Kardaşyanın fotoları jurnalların üz qabığını, reklam lövhələrini, dayanacaqları, avtoyuma məntəqələrini bəzəyir. Lakin bunun Kardaşyanın ölkədə sevildiyi anlamına gəlmədyini deyir: “Kim bir ermənidir və dünyada məşhurdur. Bu hər bir erməninin Kimlə qürur duyması üçün yetərlidir. Lakin mədniyyət və adət-ənənələr baxımından onun erməni olduğunu qəbul etmək istəmirlər”.

Şahbazyan Kardaşyanla bağlı xəbərlərin tez-tez komediya verilişlərinə çıxarıldğını vurğulayır: “Tez-tez qürur duyduqları erməni-fransız müğənni Şarlz Aznovurla mənfi münasibət bəslədikləri Kardaşyanı müqayisə edirlər. Onun ölkəni təmsil etməsini istəmirlər. Açıq seks həyatı və videoları ilə müzakirə mövzusu olur. Dünyada bütün ermənilərin Kardaşyan kimi olduğunu düşünülməsini istəmirlər”.

Ermənistanın “Noyan Tapan” qəzetində çalışan 22 yaşlı Harutiunyan isə ölkədə nisbətən yaşlı və mühafizəkar insanların onu bəyənmədiyini deyir: “Qızlar onu moda ikonu olaraq görür, oğlanlar onun ehtiraslı olduğunu düşünür. Onu sevirik, çünki o ermənidir və xalqımızı təmsil edir…Nə istəyir onu da edir, kiminlə istəyirsə onunla da sevgili olur. Ermənilər flört edirlər, lakin daha çox evlənəcəkləri şəxslərlə və evlənmədən öncə sekslə məşğul olmazlar.