“Ermənilər əvvəlcədən zəmin hazırlayırlar”

ermeniler-evvelceden-zemin-hazirlayirlar
Oxunma sayı: 632

Bildiyimiz kimi, sentyabrın 11-də Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Ermənistan bunu bildiyinə görə, iki dövlət arasında problem yaratmaq üçün əvvəlcədən zəmin hazırlayır”.
Bu sözləri “Qafqazinfo”ya Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın Türkiyəni hədələməsi məsələsinə münasibət bildirərkən qeyd edib.
Politoloq bildirib ki, ermənilərin məntiqinə görə, qabaqlayıcı tədbirlər görülməlidir: “Xatırladım ki, Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Ermənistan Azərbaycan danışıqlarının İstanbulda keçirilməsini bir müddət bundan əvvəl bəyan etmişdi. Türkiyə söz verib ki, Dağlıq Qarabağ münaqişəsi həll olmadan Ermənistanla sərhədlər açılmayacaq”.

Qeyd edək ki, Ermənistanın baş naziri Tiqran Sarkisyan Türkiyəni Ermənistanla diplomatik əlaqələri dərhal bərpa etməklə və sərhədləri açmaqla bağlı hədələyib.

Günel