Ermənilər “Göy məscid”in adını dəyişiblər

ermeniler-goy-mescidin-adini-deyisibler
Oxunma sayı: 2889


S.Ünsal bildirib ki, ermənilər məhz iranlıları narazı salmamaq üçün uçurmayıblar və eyni zamanda İslam Respublikasının məscidi təmir və bərpa etməsinə şərait yaradıblar: “Ancaq İrəvana gələn xaricilərə tarixi türk məscidini fars məscidi kimi təqdim etmək tarixi həqiqətlərin təhrif olunmasıdır” – deyə Ünsal əlavə edib.   

S.Ünsal “Göy məscidin” farslaşdırılmasını tənqid edib. Sitat: “Göyü Məscid” 1760-cı illərdə Hüseynəli xan tərəfindən inşa etdirilib. Türk məscididir. Hər fürsətdə Ermənistandakı türk izlərini silmək istəyən ermənilər bəzi məscidləri tövlə kimi istifadə etdiyi halda, bəzi məscidləri də fars məscidi kimi təqdim etməyə çalışır. Biz isə ermənilər razı qalsın deyə Akdamar kilsəsini və başqa kilsələri təmir edib ibadət üçün açırıq. Ermənistanı bu mövqeyinə görə qınayıram”. 

Ermənilərin sentyabrda Vanda yerləşən Akdamar kilsəsinə gəlib ibadət edəcəklərini qeyd edən Sərdar Ünsal “biz də İrəvana gedib “Göy məscid”də namaz qılmaq istəyirik. Ermənistan xoşniyyətlidirsə, bizə bu icazəni versin” – deyib.

Dərnək başqanı bildirib ki, İrəvan məscidi 1760-cı ildə Hüseynəli xan tərəfindən inşa edilib və 1765-ci ildə tikintisi başa çatıb. Onun sözlərinə görə, bu məscid barədə 1776-cı ildə şəhərdə olan səyyahların təsvirlərində gözəlliyinə görə şəhərin ən möhtəşəm abidəsi kimi təqdim etdikləri “Göy məscid” Şərq memarlığının nadir incilərindən sayılır. Erməni mənbələrinin bildirdiyinə görə, sovet hakimiyyəti qurulduqdan sonra 1930-cu illərdə İrəvandakı bütün məscidlərin sökülməsi ilə bağlı qərar verilir. Yalnız erməni şairi Yeğişe Çarensin ciddi cəhdlərindən sonra onun “Mavi brilliant” adlandırdığı “Göy məscid” dağıdılmaqdan xilas olur və 1936-cı ildə məsciddə İrəvan tarix Muzeyi yaradılır. II dünya müharibəsi zamanı isə məscid həm də silah anbarı kimi istifadə olunur. Müharibədən sonra məsciddə təbiət muzeyi, 1952-ci ildə isə kiçik namaz otağında astronomiya həvəskarları üçün planetarium fəaliyyət göstərir. SSRİ dağldıqdan sonra müsəlman ölkələri ilə əlaqə quran Ermənistan məscidi ibadət üçün açır və paralel olaraq 1991-ci ildə təbiət muzeyi, 1994-c üildə isə tarix muzeyi məsciddən çıxarılır. 1995-ci ildə isə İranla Ermənistan arasında əldə olunan razılaşmaya əsasən İran hökuməti məscidin yenidən təmir və bərpası xərclərini öz üzərinə götürür. 2006-cı ilə məscidin təmir və bərpa işləri başa çatıb. “Göy məscid” kompleksinin 24 metrlik minarəsi, 28 hücrəsi (kiçik otaq), kitabxanası, böyük zalı, minarəsi, minbəri yenidən bərpa edililərək istifadəyə verilib. Ancaq o da məlum olub ki, ermənilər məscidi “Fars camisi” kimi təqdim edirlər.