Ermənilər İstanbulda kütləvi mərasimə hazırlaşır

ermeniler-istanbulda-kutlevi-merasime-hazirlasir
Oxunma sayı: 644






Erməni mətbuatı yazır ki, "Erməni tarixinin ən faciəvi səhifələrindən olan 1915- ci il soyqırım hadisələri bu il də türk ziyalılarının dəstəyi ilə İstanbulda qeyd olunacaq". Məqsəd türk hakimiyyət orqanlarından bu üzdəniraq ,yalançı hadisələrin tanınmasını tələb etmək və qəbul edilməsinə nail olmaqdlr. Bunu ermənilərin özləri də gizlətmir. Aydın məsələdir, belə tədbirləri təşkil etməklə ermənilər türk hökümətini və ictimaiyyətini soyqırım hadisələrinə inandırmağa psixoloji cəhətdən hazırlamaq niyyəti güdürlər.

Ancaq ermənilər turklərin əksəriyyətinin bu tədbirlərə hələ də mənfi reaksiya göstərmələrindən şikayətlənirlər. Sanki , 1-ci Dünya müharibəsinin qızğın çağında ölüm-dirim mübarizəsi aparan bir dövlətin vətəndaşı olaraq , öz dövlətinə daxildən zərbə vuran , "Çanaqqala"da düşməni duz-çörəklə qarşılayan bunlar deyildi.

Maraqlıdır ki, İstanbulda bu tədbirlərin təşkilatçıları təkçə yerli erməni icmalarının təmsilçiləri deyil, həm də türklərdir. Hətta bir sıra millətsevər türk qruplaşmaları da omlara mane ola bilmirlər.

Əvvəlki illərdə də İstanbul , Ankara, Diyarbəkir , Dersim , Bodrum şəhərlərində soyqırım qurbanlarını anma mərasimi keçirilmişdi. Bu il də həmin şəhərlərdə tədbirlərin keçirilməsi üçün gündəlik proqram və şüarlar hazırlanmışdı.

İstanbulda nəşr olunan "Aqos" qəzetinin erməni bölməsinin baş redaktoru Baqrat Estukyan bildirb ki, bu il İstanbulda iki vacib tədbir keçiriləcək;

Birincisi: Toplantı aprelin 24 -də Sultan Əhməd məhəlləsində olacaq. Çünki, 1915-ci ildə bütün ermənilər bura toplandıqdan sonra sürgün edilib.

İkincisi: İstanbulun Taksim meydanında saat 19:00- da toplantı , sonra isə mitinq nəzərdə tutulmuşdur.Mitinqdə bura toplaşan insanlar soyqırım qurbanlarını yad edəcək və öz tələblərini səsləndirəcəklər.

Ermənilər üçün həm də sevindirici hal odur ki, bu tədbirlərin təşəbbüskarları və təşkilatçıları "İrqçiliyə və millətçiliyə dur de." türk cəmiyyətinin aktivləridir.Onların əsas vəzifələri Türkiyədə millətçiliyı və rasizmə qarşı mübarizə aparmaqdır.

Təbii ki, belə bir şəraitdə 1915-ci il soyqırım hadisələrinin 100- illiyinə dünya ermənilərinin aktiv hazırlıq işlərinə Turkiyınin münasibəti və reaksiyası bizim qədər erməniləri də maraqlandırır. Bu haqda verilən suala erməni baş redaktor B.Estukyan belə cavab verib: "Bu məsələdə Türkiyənin hakimiyyət orqanları bir qədər narahatdırlar. Hələlik bu barədə heç bir rəsmi müraciət olunmayıb. Türk ziyalılarının bəzi nümayəndələri tərəfindən qeyri rəsmi təkliflər olub. Onlar 1915- və sonrakı illərdə turkiyəni tərk edən erməniləri öz vətənlərinə dönə biləcəklərini təklif ediblər. Ancaq, yenə də deyirəm, rəsmi çağırışlar olmayıb. Bunun üçün dövlət səviyyəsində qanunların qəbul olunması vacibdir."

Mənim fikrimcə Türkiyənin göbəyində ermənilərin ildən -ilə fəallığının artması türk millətinin və Türkiyə dövlətinin baş ağrısının da artmasına səbəb olacaq.

"İrqçiliyə və millətçiliyə dur de" türk cəmiyyətinin üzvlərinə isə xatırlatmaq lazımdır ki,onlar bircə dəfə Ermənistanda olsalar anlayacaqlar ki, bu cür ideyaların ermənilərə heç bir təsiri yoxdur. Boş yerə fədakarlıq etməsinlər , çünki erməni anadan millətçi doğulur, onu tərbiyə etmək mümkün deyil.

İsmayıl Tanrıverdi.
BDU-nun erməni araşdırmaları ETL-in böyük elmi işçisi.