Ermənilər Kəlbəcərdən yeni video yaydılar

ermeniler-kelbecerden-yeni-video-yaydilar
Oxunma sayı: 7005


Son günlər Kəlbəcərdə yaşanan olaylardan əndişələnmiş erməni tərəfi internetdə yeni video yayıb.

“Qafqazinfo” modern.az-a istinadən bildirir ki, bu videosüjetdə ermənilərin “Kampanya” adında bir klubunun Kəlbəcərə ekskursiyası görüntülənib. Ekskursiyaya çıxanlar Kəlbəcərin tarixi yerlərini ziyarət edirlər. Ancaq o tarixi yerlərdəki abidələr erməni abidələri kimi təqdim olunur. Guya bu abidələr, tarixi yerlər onlara məxsusdur. Abidənin birinin üzərində 12-13-cü əsrlər, digərinin üzərində isə 4-17 əsrlər yazılıb.

Klubun üzvləri bura ilk dəfə gələnlərdir. Kəlbəcərin gözəlliyinə heyran olduqlarını bəyan edirlər.

Son zamanlar mülki azərbaycanlıların Kəlbəcərə, öz evlərinə getməsi burada  məskunlaşan və məskunlaşması planlaşdırılan erməniləri qorxuya salıb. Bu videonu məqsədli şəkildə yayırlar ki, guya erməni gənclər Kəlbəcərə gedib orada gecələyirlər də...

Bu videoda Azərbaycanın kültür varlığına ermənilərin sahiblənmə istəyi də var. Erməni təbliğat maşını buradakı abidələrin ziyarət edilməsi ilə ona işarə edir ki, Kəlbəcər erməni torpağıdır və buradakı ermənilərə aid. abidələr dövlət tərəfindən də qorunur...

Amma Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov kimi mülki azərbaycanlıların qarşısını almaq çətin olacaq...

(Videonu Modern.az saytına ermənişünas alim Qafar Çaxmaqlı təqim edib)