Ermənilər kəndlilərimizin mal qarasını oğurlayır- - Video

ermeniler-kendlilerimizin-mal-qarasini-ogurlayir-
Oxunma sayı: 1382


“Qafqazinfo” AnsPress-ə istinadən xəbər verir ki, Burma kənd sakini, Tahir Məmmədov: “Mən Bakıya getsəm erməni gələr qapıma dolar malımı, heyvanımı aparar, yoldaşıma sataşar hər bir hərəkət eliyərlər. Dagların o tərəfi bizimdir ancaq ermənilər gəlib bura, bu həyətə kimi deyirlər yollar bizimdir, bizdə deyirik bizimdir. Bax belə nə olacaq axırı bilmirik”. 

Qeyd edək ki, Burma kəndi hər iki tərəfdən Ermənistanla həmsərhəddir. Sakinlərin dediyinə görə may ayının 6-da 2 erməni sərhədçiləri kəndə soxularaq sakinlərin mal-qarasını aparmağa cəhd edib. Lakin kənd əhalisinin təzyiqi nəticəsində mal qaranı geri qaytarmaq mümkün olub. Amma deyəsən oğurlanan yalnızca mal-qara deyil. Sakinlərin dediyinə inansaq 1990-ci ildən bu yana qeyri-müəyyən şəraitdə 8 nəfər azərbaycanlı güllələnib, 4 nəfər isə itgin düşüb. Sərhədlə bağlı problemlərin olduğunu kəndin icra nümayəndəsi də təsdiqləyir. 

Kənd icra nümayəndəsi, Hüseyn Əsgərov: “Ermənilər hər il bir xəritə çıxarırlar, yavaş-yavaş kəndə giriblər bizdə dəfələrnən Azərbaycana Gürcüstana bildirmişik bu işə baxan yoxdur. Biz bu gündə ermənilərin terroruna məruz qalırıq. Saxlananlar olub tutub aparmışıq Gürcüstan dövlətinin köməyi ilə qaytarmışıq. 

Gürcüstan Sərhəd polisinin Sərhəd Təhlükəsizliyi və Nəzarəti şöbəsinin rəisi Vaxtand Datunaşvili də sərhəddə mal-qaranın yoxa çıxması faktını etiraf edir. Lakin onun fikrincə səbəblər başqadır: “Orda yaşayan kənd sakinləri öz mal-qaralarına nəzarət etmirlər, qonşu dövlətin ərazisinə keçirlər və onlar tərəfindən saxlanılırlar. Dəfələrlə yerli camaatla bu barədə söhbətlər edilib və onlara sərhəd xəttinin hara qədər olduğu göstərilib. O ki, qaldı 6 may hadisəsinə, o zamanda da kənd sakini malı sərhəddə yaxın otarıb və qaramal bir neçə metr qonşu respublikanın ərazisinə keçmişdir. Həmin an erməni sərhəçilər bizim sərhədçilərə zəng edərək həmin mal otaranlara xəbardarlıq etməmizi xahiş etmişdilər. Bizə erməni sərhədçilərinin sərhədi pozması və bizim kəndlərin ərazisinə daxil olması barədə şikayət daxil omayıb”. 

Sərhəd xəttinin ermənilər tərəfindən irəli çəkilməsinə gəldikdə isə cənab Datunaşvili bu ərazilərin iki ölkənin dövlət komissiyaları tərəfindən razılaşdırıldığını, sərhədi xidməti və Xarici İşlər Nazirliyi tərəfindən isə təsdiq olunduğunu vurğuladı. O sərhədlərin pozulması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını söylədi.