Ermənilər Koçaryana görə aksiya keçirir

ermeniler-kocaryana-gore-aksiya-kecirir
Oxunma sayı: 1017

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları onun tutulmasına etiraz olaraq Milli Təhlükəsizlik Xidmətinin binası önündə aksiya keçirirlər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu gün Apellyasiya məhkəməsi Koçaryanla bağlı qərarı ləğv edərək onun yenidən həbsinə hökm verib.

Aksiya iştirakçıları Koçaryanın azadlığa buraxılmasını tələb edərək əslində bu addımın hökumətin xalqın diqqətini sosial-iqtisadi problemlərdən yayındırmaq məqsədilə atıldığını bildiriblər. Onlar sonadək mübarizə aparacaqlarını bəyan ediblər.

Qeyd edək ki, Koçaryan 2008-ci il1 mart aksiyaları zamanı konstitusion quruluşu pozmaqda ittiham olunur. O, bir müddət əvvəl azadlığa buraxılmışdı.