Ermənilər Putini təhqir etdilər - - Video

ermeniler-putini-tehqir-etdiler-
Oxunma sayı: 4393



İrəvanda Rusiya səfirliyi qarşısında 18 nəfərin ölümünə, 30 nəfərin isə yaralanmasına səbəbkar olmuş Qraçi Artunyanın  müdafiəsinə qalxmış Erməni Gənclər Birliyi və “Hayazn” partiyası üzvlərinin birgə aksiyası hələ də davam edir.

“Qafqazinfo” xəbər verir ki, onlar səfirliyə açıq məktubla müraciət edərək Ermənistan vətəndaşı Qraçi Artunyana qarşı alçaldıcı hərəkətlərə son qoyulmasını, ədalətli mühakimə olunmasını tələb  ediblər. Aksiya iştirakçıları özləri ilə rus məmurları üçün “hədiyyə” olaraq rəngli-güllü xalat da gətiriblər. Polis aksiya iştirakçılarına “hədiyyə”lərinin səfirliyə təqdim olunmasına icazə verməyib. Onlar gətirdikləri xalatı və V.Putinin xalat geydirilmiş rəsmini səfirliyə məxsus olan elanlar lövhəsindən asıblar.

Rusiya səfirliyindən aksiya iştirakçılarına yaxınlaşan və ya reaksiya verən olmayıb.

Eyni tələblə etiraz aksiyaları Gümrü şəhərində də keçirilib. Gümrülü aksiya iştirakçıları isə fərqli olaraq Rusiya nümayəndəliyinə üzərində “Armeniya” yazılmış və Ermənistan gerbi həkk olunmuş qara rəngli kişi maykası “hədiyyə” etmək qərarına gəliblər.

Qeyd edək ki, Qraçi Artunyan sentyabrın 14-nə kimi, 2 ay həbsdə olacaq. Ümumiyyətlə, onu 7 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, Qraçi Artunyan törətdiyi cinayət əməlinə görə mühakimə olunarkən məhkəmə zalına qadın xalatında gətirilib.

O, həmçinin Qarabağ müharibəsi zamanı azərbaycanlıların qətlində də yaxından iştirak edib.


İsmayil Tanrıverdi
BDU-nun Erməni araşdırmaları ETL-nin böyük elmi işçisi