“Ermənilər Qarabağda atəşkəsi poza bilər” - Deputatdan çağırış

ermeniler-qarabagda-ateskesi-poza-biler
Oxunma sayı: 1694

Deputat Qüdrət Həsənquliyev Ermənistandakı vəziyyətlə bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsini təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, o  bildirib ki, Ermənistanda vəziyyət gərginləşib: “Hətta bu gün Paşinyan baş nazir seçilsə də  sabitlik   yaradacağı şübhə doğurur. Orada atəşkəsi poza bilərlər. Azərbaycan dövləti hazır olmalıdır ki, cəsarətli qərar qəbul etsin və torpaqları işğaldan azad etsin. Oradakı prosesləri diqqətlə izləməliyik. Ermənistan  yaxın zamanlarda böyük vətəndaş qarşıdurmasına girəcək və Qarabağda atəşkəsi poza bilərlər. Azərbaycan  beynəlxalq təşkilatlarla və Rusiya ilə intensiv  münasibətlər aparmalıdır”.

Spiker isə depuatat cavab verib ki, Azərbaycan ordusu istənilən provakasiyaya hazırdır.

Günel Türksoy