Ermənilər Qarabağda hazırlanan içkini Moskvada satırlar - Fotolar

Ermənilər Qarabağda hazırlanan içkini Moskvada satırlar
Oxunma sayı: 2201

Ermənilər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində istehsal etdikləri spirtli içkini “Artsax tutovıy” adı altında Rusiya bazarına çıxarıblar. 
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, paytaxtın “Aşan”, “Lenta” və bir sıra böyük mağazalar şəbəkələrində satışa çıxarılan məhsulun istehsalçısı kimi Ermənistanın “Artsax Brandy Company” Açıq Səhmdar Cəmiyyəti göstərilib. Məhsulun istehsal olunduğu yerin ünvanı isə “Ermənistan Respublikası, Ayqestan” göstərilib.
 
Lakin həmin məhsulun Ermənistanda deyil, işğal altındakı Azərbaycan torpaqlarında istehsal edildiyi məlum olub. Belə ki, “Ayqestan” adlı ərazi Azərbaycanın 1991-ci ildə Xocalı rayonuna birləşdirilmiş Əsgəran rayonunun Ballıca kəndidir. Ermənistan silahlı qüvvələrinin işğalı altında olan bu kəndi ermənilər Ayqestan adlandırıblar. 

Qeyd edək ki, daha əvvəl ermənilər istehsal etdikləri “Qarabağ” adı altında tut, zoğal arağı və digər spirtli içkiləri Rusiyada satışa çıxardıblar. İndi isə onlar məhsullarını “Artsax” adı altında istehsal etməyə başlayıblar və istehsal ünvanını “DQR” kimi deyil, “Ermənistan Respublikası”kimi qeyd edirlər. Məqsəd odur ki, işğal altında olan ərazilərdə qanunsuz istehsal olunan məhsullar asanlıqla Rusiya və dünya bazarlarına yol tapa bilsin. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi