Ermənilər quzu otaran qadına atəş açdı - Qazaxda

ermeniler-quzu-otaran-qadina-ates-acdi
Oxunma sayı: 2932

Qazax rayonunda gənc qadın müəmmalı şəkildə güllə yarası alıb.

"QAfqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər. Onların sözlərinə görə, G. Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilər atəş açıb. Nəticədə o, xəsarət alıb.